FREESHOP - Xidmət Şərtləri

Son yenilənmə tarixi: [05.05.2025]

freeshop.az platformasından (bundan sonra “Platforma”) istifadə etməzdən əvvəl aşağıdakı Xidmət Şərtlərini diqqətlə oxumağınızı xahiş edirik. Sayta daxil olmaqla və ya ondan istifadə etməklə, bu şərtləri qəbul etdiyinizi bildirmiş olursunuz.

1. Ümumi Məlumat
freeshop.az – mobil və masaüstü (PC) oyunlar üçün rəqəmsal məhsulların (PUBG UC, Free Fire Elmas, Steam oyun valyutaları və sair) satışını həyata keçirən onlayn platformadır. Məhsullar ya avtomatik sistem üzərindən, ya da operator tərəfindən manuel şəkildə istifadəçinin hesabına əlavə olunur.

2. İstifadəçi Qeydiyyatı və Hesab Təhlükəsizliyi
Qeydiyyat zamanı təqdim etdiyiniz məlumatların düzgün və aktuallığına zəmanət verməlisiniz. Hesab təhlükəsizliyi yalnız istifadəçinin məsuliyyətindədir. İcazəsiz giriş və ya sui-istifadə halında dərhal bizimlə əlaqə saxlayın. freeshop.az, zəruri hallarda istifadəçi hesabını araşdırmaq və ya məhdudlaşdırmaq hüququnu özündə saxlayır.

3. Məhsullar və Ödənişlər
Qiymətlər AZN ilə göstərilir və bazardakı dəyişikliklərə görə dəyişə bilər. Ödəniş üsulları: bank kartları, taksit kartları, m10 cüzdan. Ödəniş təsdiqləndikdən sonra məhsul avtomatik və ya qısa müddət ərzində manuel şəkildə çatdırılır. Texniki nasazlıq və ya məhsulun bitməsi hallarında gecikmələr mümkündür, bu barədə istifadəçiyə məlumat veriləcəkdir.

4. Geri Qaytarma və Dəyişdirmə Siyasəti
Rəqəmsal məhsulların təbiətinə görə, istifadə edilmiş kodlar geri qaytarılmır və dəyişdirilmir. Texniki problem freeshop.az tərəfindən baş veribsə, həmin əməliyyat bərpa edilir. İstifadəçinin səhv seçim və ya məlumat təqdim etməsi nəticəsində baş vermiş əməliyyatlara görə geri qaytarma mümkün deyil.

5. Qadağan Olunmuş Fəaliyyətlər
Aşağıdakı hallarda istifadəçi hesabı xəbərdarlıq edilmədən bloklana bilər: Məhsul və ya kodların icazəsiz satışı və paylaşımı; Yanıltıcı və ya saxta məlumat təqdim olunması; Platformaya və ya digər istifadəçilərə qarşı zərərli fəaliyyət (DDoS, hack cəhdləri və s.).

6. Məxfilik və Məlumatların Qorunması
İstifadəçi məlumatları yalnız xidmətin təqdim olunması və təkmilləşdirilməsi məqsədi ilə istifadə edilir. Şəxsi məlumatlar üçüncü şəxslərlə paylaşılmır (qanuni öhdəliklər istisna olmaqla). Ətraflı məlumat üçün Məxfilik Siyasəti bölməsinə baxa bilərsiniz.

7. Müştəri Dəstəyi və Əlaqə
Platforma 7/24 aktivdir.
Müştəri dəstəyi: hər gün 24 saat fəaliyyət göstərir.
Əlaqə vasitələri:
E-poçt: [email protected]
Telefon: +994 51 421 61 57

Canlı dəstək: saytın ana səhifəsində yerləşən chat vasitəsilə 7/24 cavablandırılır.

8. Hüquqi Məsuliyyət və Zəmanət İmtinası
freeshop.az, təqdim olunan məhsulların düzgün işləməsinə zəmanət verir. Oyun təminatçılarındakı dəyişiklik və texniki problemlərə görə məsuliyyət daşımır. Platforma dolayı zərərlər və ya məlumat itkisinə görə məsuliyyət qəbul etmir.

9. Şərtlərin Dəyişdirilməsi
freeshop.az istənilən vaxt Xidmət Şərtlərini dəyişmək hüququna malikdir. Yenilənmiş şərtlər saytda yerləşdirilir və istifadəçinin davam edən fəaliyyəti bu dəyişikliklərin qəbul edilməsi kimi qiymətləndirilir.

10. Yetkinlik Yaşı və Kartdan İstifadə Məsuliyyəti
Saytdan istifadə etməklə ödəniş edən şəxs, həmin bank kartının sahibi olduğunu və ya kart sahibinin icazəsi ilə əməliyyatı etdiyini təsdiqləmiş sayılır. 3D Secure ilə təsdiqlənmiş ödənişlər hüquqi baxımdan keçərli sayılır və geri qaytarılması mümkün deyil. 18 yaşdan aşağı şəxslərin icazəsiz ödənişi halında məsuliyyət tam şəkildə müştərinin üzərindədir. freeshop.az bu hallarda ödənişi geri qaytarmır və yalnız texniki dəstək təqdim edir.

11. Qanunvericilik və Yurisdiksiya
Bu şərtlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir. Mübahisəli hallar Bakı şəhəri məhkəmələrində həll olunur.

Səbbət

Sebet bosdur